O cümlədən Kiçik Dəhnə kəndində də yerli bələdiyyəmizin rəhbərliyə ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.
Əvvəlcə mərasim iştirakçıları Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bir çox kənd ziyalılar 1990-cı ilin 20 Yanvar gününün Azərbaycan tarixinə yalnız bir faciə günü kimi yazılmadığını, onun həm də xalqımızın müstəqillik iradəsinin sarsılmazlığını dünyaya nümayiş etdirən bir qəhrəmanlıq tarixi olduğunu bildirib. O, həmin ağır günlərdə ulu öndər Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəyliyini nümayiş etdirdiyini vurğulayıb. Qeyd edib ki, məhz dahi rəhbərin siyasi hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib.
20 Yanvarın tariximizin həm qanlı, həm də şanlı səhifəsi olduğunu qeyd edən şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulacağını diqqətə çatdırıb.
20 Yanvar hadisələrinin dəhşətlərindən danışılıb, bu faciənin yaddan çıxmayacağı bildirib.
Yerli bələdiyyə orqanları və içra nümayəndəliyi başda olmaqla , digər çıxış edənlər də Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla yad edəcəklərini bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eyləsin!Amin
Allah bütün şəhidlərimizə rəhmət eyləsin!Amin