Dövlət və bələdiyyə (municipal management) idarəetməsi ixtisası nədir?
Bələdiyyə qulluqçularının etik davranış qaydaları
Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi, demokratik dövlət quruculuğana başlanmış, ölkədə geniş miqyaslı iqtisadi, sosial və hüquqi islahatlar aparılmışdır.
Hazırda bu islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfidən uğurla davam etdirilir.
Azərbaycan Respublikasının, müstəqil dövlət kimi, 12 noyabr 1995-ci ildə ümumxalq səs verməsi (referendum) yolu ilə qəbul edilmiş ilk Konstitusiyasının 142-146-cı maddələri bələdiyyələrin fəaliyyətinə həsr edilmişdir. Konstitusiyanın 142-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, yerli özünüidarəni bələdiyyələr həyata keçirir.
Həmçinin, 2 iyul 1999-cu ildə «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanunun 18-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyə sədri rəhbərlik edir. Əgər, konkret şəraitdən aslı olaraq, bələdiyyədə sədr müavini vəzifəsi ştatı vardırsa bələdiyyənin sədr müavini eyni statusa malikdir.
Etik normalar, başqa sözlə, əxlaq normaları hüquq normaları hesab edilmir. Lakin etik normalar müvafiq dövlət və ali hakimiyyət orqanları tərəfindən təsdiq edilirsə bu zaman onların icrası məcburi xarakter daşıyır.
İndiyə kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 31 may 2007-ci il tarixdə «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Qanun imzalamış, 1 mart 2011-ci ilədək olan əlavə və dəyişikliklərlə hazırda qüvvədədir.
Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Naziri tərəfindən 29 noyabr 2007-ci il tarixli 41-T №-li əmri ilə «Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları təsdiq edilmişdir».
Azərbaycan Respublikası Baş Prokurorluğunun 8 fevral 2008-ci il tarixli kollegiya iclasının qərarı ilə «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış kodeksi» təsdiq edilmişdir.
Hazırda isə Azərbaycan Respublikası Milli Məclis tərəfindən «Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanun Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 28 aprel 2015-ci il tarixdə imzalamaqla, 11 iyun 2015-ci il tarixdə «Respublika» qəzetində dərc edilmiş və həmin gündən qüvvəyə minmişdir.
Qanunun preambulasında göstərilir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bələdiyyə qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini, habelə həmin qayda və prinsiplərə əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Həmin Qanunun 1.1-ci maddəsində göstərilir ki, bu Qanun bələdiyyə qulluqçusu statusu olan bütün şəxslərə şamil edilir. Hər bir bələdiyyə qulluqçusu Qanunun aliliyini, İnsan hüquqlarını, demokrtaik prinsipləri və etik davranış qaydalarını rəhbər tutaraq, Qanunun tələblərinə əməl etməyə borcludur.
Sözügedən Qanun yerli özünüidarə orqanlarının və bələdiyyə qulluğunun nüfuzunu artmasına, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə qulluqçularına etimadını yüksəlməsi, yerli özünəidarə orqanları və bələdiyyə qulluqçularının fəaliyyətində səmərəliliyinin və şəfa artırılması, yerli özünəidarə orqanlarında korrupsiyasının və bələdiyyə qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, bələdiyyə qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi bu Qanunun məqsədidir.
Bələdiyyə qulluqçusunun xidməti davranışı onun qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətdir. Bələdiyyə qulluqçusunun xidməti fəaliyyəti etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.
Bələdiyyə qulluçusu etik davranışı və peşəkar fəaliyyəti ilə özünüidarə orqanlarına inamı artırmalı və möhkəmlətməlidir. Bələdiyyə qulluqçusu insan hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və layaqətinə, həmçinin, hüquqi şəxslərin işgüzar nüfuzuna xidmət etməlidir.
Qanunun tələbinə görə bələdiyyə qulluqçusu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri və ya tabeçiliyində olan şəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Həmçinin, o birbaşa və ya yuxarı rəhbərini qanunlara uyğun olan və səlahiyyəti daxilində qəbul etdiyi bütün yazılı əmri, sərəncamı və ya verdiyi tapşırıqları yerinə yetirməyi borcludur.
«Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən Bələdiyyə qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, bələdiyyə qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər bələdiyyə qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməlidir və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər bələdiyyə qulluqçusunun qulluq keçdiyi bələdiyyə orqanına akt üzrə təhvil verilməlidir.
Bələdiyyə qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu barədə bələdiyyə qulluqçusu rəhbərliyin rəyini öyrənməlidir. Bələdiyyə qulluqçusu istifadəsində olan bələdiyyə əmlakından, maliyyə vəsaitindən, rabitə kompiyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlığında qənaətlə və səmərəli istifadə etməlidir. Bələdiyyə qulluqçusu yerli özünüidarə orqanlarında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl edilməlidir. Bələdiyyə qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.
Bələdiyyə qulluqçusu etik davranış qaydalarına əməl olunmasını təmin etməlidir.
Etik davranış qaydalarına əməl olunmasına bələdiyyənin sədri nəzarət edir.
Həmçinin, etik davranış qaydalarının pozulması bələdiyyə qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Qanunun 20-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulmasına görə aşağıdakı intizam məsuliyyəti tədbirlərindən tətbiq edilə bilər:
- töhmət vermək;
- sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
- aşağı vəzifəyə keçirmək;
- bələdiyyə qulluğundan azad etmək.
İntizam tənbehi tətbiq edilərkən bələdiyyə qulluqçusunun şəzsiyyəti, kollektivdə nüfuzu,peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Sözügedən Qanunun 20.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan bələdiyyə qulluqçusuna yazılı və ya şıfahi qaydada xəbərdarlıq edilə bilər.
Qanunun tələbinə görə etik davranış qaydalarının pozmuş bələdiyyə qulluçusu barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir.
Sonda bu qənaətdəyik ki, bütün bələdiyyə qulluqçuları etik davranış qaydalarına cidd əməl edəcək, bu isə bələdiyyələrin daha səmərəli fəaliyyətinə, nəticə etibarı ilə bələdiyyələr qarşısında duran vəzifələrin maksimum dərəcədə yerinə yetirilməsini təmin edəcəkdir.
İlham Abbasov,
Ədliyyə Akademiyasının
baş müəllimi-hüquq üzrə
fəlsəfə doktoru
baş ədliyyə müşaviri
Alprokurorluğun fəxri işçisi
Yorum Gönder
0Yorumlar