Kiçik Dəhnə — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Mündəricat
[gizlə]Umumi[redaktə | əsas redaktə]
Kicik Dəhnə Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Acınohur on dağlığındadır. Yaşayış məntəqəsi keçən əsrdə Dəhnə (indiki Böyük Dəhnə) kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Oykonim Böyük Dəhnə kənd adının qarşılığıdır[1].
Ərazisinə və əhalisinin sayına görə Kiçik Dəhnə Şəkinin ən böyük kəndidir. Əhalisi 10 min nəfərdən çoxdur. Kənddə 60 çarpayılıq xəstəxana, 1024 nömrəlik elektron ATS, iki orta məktəb, müasir tipli kitabxana, klub tikilib istifadəyə verilib.
Kənddə məhəllələr öz tarixi adları ilə tanınır. Məsələn, Qaraçı, Nağıllı, Babalar, Alma bağı, Sadıqlı, Daşlı köbər, Dəlləkli, Hajaltı, Arx üstü, Aşağı baş, İdarə qabağı və s. [2]
Tarixi[redaktə | əsas redaktə]
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2006-cı ildə kənd ərazisində e.ə. XVI-XIII əsrlərə aid kurqanlar aşkar edilmişdir.[3]
Coğrafiyası və iqlimi[redaktə | əsas redaktə]
Kiçik Dəhnə kəndi Şəki rayonunun cənub hissəsində, Şəki şəhərindən 28 km aralıda yerləşir. İqlimi yarımsəhra iqlimidir. Kənd Yevlax və Qax rayonları ilə həmsərhəddir. Kənddə ən yüksək temperatur yay aylarında +45° C, ən aşağı temperatur qış aylarında -6°C olur. Bu iqlim şəraiti bu ərazidə subtropik bitkilərin yetişdirilməsi üçün münasibdir.
Əhalisi[redaktə | əsas redaktə]
Əhalisi 10.800 nəfərdən çoxdur (2010-cu il məlumatına görə).
İqtisadiyyatı[redaktə | əsas redaktə]
SSRİ dövründə kənd əhalisi kollektiv təsərrüfatda birləşərək əsasən baramaçılıq və tütünçülüklə məşğul idilər.
İndi isə əsas təsərrüfat bostançılıq, arpa və buğda əkinidir. Yetişdirilən məhsullar rayon bazarına və emal müəssisələrinə verilir. [4]
Təhsil[redaktə | əsas redaktə]
Kənddə iki orta məktəb vardır. Məktəbin məzunu Günel Abdullayeva 2011-ci ildə test qəbul imtahanlarında 700 bal toplmışdır.
Yorum Gönder
0Yorumlar