Azərbaycan Respublikasının bütün sahələrdə əldə etdiyi uğurlar Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev əsasını qoyduğuislahatlar (reform) aparılmış, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı təbəqənin həyat səviyyəsi yaxşılaşdırılmışdır. Xalqın çağrışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Ümummilli Lider Heydər Əliyev aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 9 Fərman və Sərəncam imzalanmış, əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği bu illər ərzində 11 dəfə artmışdır. Pensiya və müavinətlərin orta aylıq məbləğinin orta aylıq əməkhaqqına olan nisbəti 1998-ci ildəki 24,7 faizdən 2003-cü ildə 31 faizə yüksəlmişdir.
Əhalinin sosial müdafiəsini gücləndirmək, vətəndaşların pensiya təminatını yaxşılaşdırmaq, pensiya təyinatı sisteminin idarə olunmasını təkmilləşdirmək məqsədilə Ulu Öndərimiz Heydər Əliyevin 2001-ci il 17 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında pensiya islahatı (reform) konsepsiyası”nın təsdiq edilməsi respublikamızda ardıcıl surətdə pensiya islahatının aparılması və pensiya təminatı sisteminin dünya standartları səviyyəsinə qaldırılması istiqamətində yeni siyasi xəttin qəbul edilməsini müəyyən etmişdir.sosial-iqtisadi siyasətin nəticəsidir. Məhz Ulu Öndərimizin zəngin təcrübəsi və gərgin əməyi sayəsində bütün sahələrdə həyata keçirilən tədbirlər uğurlu olmuş, nəticədə, ölkə iqtisadiyyatında davamlı və uzunmüddətli inkişaf təmin edilmişdir. Sığorta-pensiya sistemində mövcud vəziyyətə diqqət yetirsək, görərik ki, bu sahədə də uğurlu və məqsədyönlü
Dahi Öndər Heydər Əliyevin əsaını qoyduğu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev pensiya təminatı ilə bağlı müvafiq islahatların aparılması istiqamətində prinsipial addımlar atmış, qərarlar vermişdir. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nı ən demokratik və sosial maraqları təmin edən konsepsiya adlandırmaq olar. Konsepsiya pensiya sistemində islahatların düzgün və əsaslı aparılmasına geniş imkanlar yaradır. “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” əhatə etdiyi dövrdə pensiya təminatı sahəsində dövlət siyasətinin əsaslarını müəyyənləşdirilməsi ilə yanaşı pensiya təminatı sahəsində beynəlxalq təcrübə, Azərbaycan Respublikasında pensiya təminatı sisteminin mövcud vəziyyəti, pensiya təminatı sisteminin islahatının əsas məqsəd və vəzifələri, Konsepsiyanın həyata keçirilməsinin əsas istiqamətləri, Konsepsiyanın həyata keçirilməsindən gözlənilən nəticələrin öyrənilməsi və həyata keçirilməsi nəzərdə tutulur. Konsepsiyada deyilir ki, Azərbaycanda pensiya təminatı üzrə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılıb. Ötən illər ərzində pensiyaların məbləğinin artırılması istiqamətində bir neçə dəfə Prezident Sərəncamları verilmişdir. 2015-ci ilin fevralın 21-i və həmin ilin dekabrın 21-də baş verən devalvasiya yenidən pensiya islahatlarının aparılmasını zərurətə çevirmişdir. Məhz bunları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.
Prezidentin pensiyaların artırılması barədə imzaladığı Sərəncama münasibət bildirən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamların pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədinə xidmət etdiyini bildirib: “Buraya əmək pensiyalarının baza hissəsinin artırılması, sığorta hissəsinin indeksləşdirilməsi, bir sıra güzəştli kateqoriyaya aid olan şəxslərin əmək haqlarının artırılması, pensiyaların yenidən hesablanması daxildir. Prezidentin qərarlarının icrası məqsədilə Dövlət Sosial Müdafiə Fonduna verilmiş tapşırıqlar vaxtında və avtomatlaşdırılmış rejimdə icra edilib, pensiyalar artım məbləğləri ilə birgə vətəndaşların plastik kartlarına daxil edilib”.
İqtisadçı-ekspert Fikrət Yusifov əhalinin sosial təminatı və sosial müdafiəsi məsələlərinin dövlətimizin həmişə diqqət mərkəzində olduğunu bildirib: “Bu sahənin dövlət başçısının şəxsi nəzarətində olması onun mütəmadi şəkildə təkmilləşdirilməsinə və müasir tələblərə cavab verə biləcək bir səviyyədə qurulmasına böyük impuls verir. Son iki ildən bir qədər artıq vaxt ərzində ölkə Prezidenti tərəfindən əhalinin sosial təminatı və sosial müdafiəsini ehtiva edən 30-a qədər fərman və sərəncamların imzalanması bu sahəyə dövlət başçısı tərəfindən verilən önəmin bariz nümunəsidir. Dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə və bu səbəbdən büdcə gəlirlərinin azalmasına baxmayaraq Prezidentin sərəncamı ilə cari ilin fevral ayından başlayaraq ölkədə pensiyaların, sosial yardımların və müavinətlərin 10% artımına qərar verildi. Yaranmış böhran vəziyyətində başqa neft ölkələrində belə bir addımın atılması təcrübəsi yoxdur”.
Yeni inkişaf modeli milli maraqlara əsaslanır
Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizə yaxın hissəsini əhatə edir və Dövlət Sosial Müdafiə Fondunun məlumat bazasında 1 milyon 290 min pensiyaçı, 2 milyon 976 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilir. Millət vəkili Elmira Axundova pensiya təminatı sistemində görülən işlərin əhalinin maraqlarına söykəndiyini bildirib: “Pensiyanın təyinatından başlayaraq verilməsinə qədər bütün işlər insan faktorunun iştirakı, demək olar ki, sıfıra endirilməklə dünya standartları səviyyəsində qurulub. Pensiya sistemində şikayətlərin, narazılıqların sayı kəskin azalıb. Bir neçə il əvvəl köklü islahatlar həyata keçirilərək pensiyaların minimal həddi orta həddə uyğunlaşdırılaraq həcmi kəskin surətdə artırılıb. Bunun üçün dövlət büdcəsindən hər il böyük vəsaitlər ayrılır. Pensiyanın baza və sığorta hissəsi daima qaldırılır. Biz istərdik ki, pensiyaların verilməsi səviyyəsi kimi həcmi də beynəlxalq səviyyədə olsun. Bu istiqamətdə Avropanın inkişaf etmiş ölkələrindən hələ ki geridəyik. Düşünürəm ki, ölkəmiz bir neçə ilə bu səviyyəyə çatacaq. Bu yöndə vətəndaşlarımız da diqqətli olmalıdırlar. Onlar işləyərkən müqavilə bağlanmasına xüsusilə diqqət etməlidirlər ki, pensiya yaşına çatanda layiqli pensiya alsınlar. Əlil insanların, xüsusilə də uşaqların aldıqları pensiyaların həcmi elə də çox deyil. Onlar heç yerdə işləyə bilmirlər və bu məvacib onlara kifayət etmir. Bu kateqoriyadan olan insanların aldıqları pensiyaların həcminin artırılması məsələsinə xüsusi önəm verilməlidir. Başqa bir kateqoriyanın, ahıl insanların da sosial müdafiəsi yönündə işlər bir az daha gücləndirilməlidir”.
Elmira Axundova xarici təcrübəyə istinad edərək, qeyd edib ki, bəzi inkişaf etmiş ölkələrdə 75 və ya 80 yaşdan yuxarı insanlara, ahıl şəxslərə aldıqları pensiyaya əlavə kimi dərman pulu da əlavə olunur: “Almaniyada isə həmin insanlara həyati əhəmiyyətli dərmanlar pulsuz verilir. İstərdik ki, ölkəmiz də bu təcrübədən yararlansın. Mən millət vəkili olaraq bu barədə məsələ qaldıracam. Hazırda, dünyada böhran hökm sürür, maliyyə qıtlığı mövcuddur. Bütün bunlara baxmayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə sosial layihələrin həyata keçirilməsində, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi yönündə aparılan işlərin davam etdiriləcəyini bildirib. Ölkə başçısı bu kimi tədbirlərlə böhranın insanlara mənfi təsirini minimuma endirməyi planlaşdırır”.
Pensiyaçı Nəzifə Abdullayeva bizimlə söhbətində dövlətin qayğısında razı qaldığını və bütün bunların Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə əsaslandığını bildirdi. Dünyada baş verən böhranın ölkəmizə də təsir etməsi eyni zamanda, manatın 2 dəfə devalvasiyaya uğramasının müəyyən çətinliklər yaratdığını deyən Nəzifə Abdullayeva tez zamanda ölkə başçısının buna müvafiq olaraq pensiyaları 10 faiz artırılması barədə sərəncamından çox razı qaldığını bildirib: “Birdən-birə əksər gündəlik təlabat malları bahalaşdı. Pensiyayla dolandığım üçün mənə çətin oldu. Prezidentimiz var olsun ki, pensiyaları qaldırdı. İndi yaşayışım normallaşıb. Öz vətəndaşının qayğısına qalan dövlətimlə, dövlət başçımla qürur duyuram”.
Tofiq Abdullayev