Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Expressbank”dır. Bu bankda Amerika valyutası 1,6455 manata alınır.
Dollar qiymətləri
Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank (Azərbaycan)”dır. Bu bankda alış qiyməti 1,5812 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “AFB Bank” və “Bank VTB (Azərbaycan)”dadır.
Bank dolları 1,66 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Muğanbank”dır. Bankda satış qiyməti 1,7113 manatdır.Avro qiymətləri
Avronu ən baha alan bank “Turanbank”dır – 1,822 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Zıraat Bank (Azərbaycan)”dır – 1,7471 manata. Avronu ən ucuz da “Zıraat Bank (Azərbaycan)” satır – 1,83 manata. Avronun ən baha satıldığı bank isə “Azərbaycan Beynəlxalq Bankı” və “Muğanbank”dır – 1,9113 manata.
Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.(http://fins.az/news/896881)