Yeni sosial-iqtisadi çağırışlar fonunda Yerli özünüidarəetmə orqanlarının (bələdiyyələr) fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Cəfər Cabbarlı 44, Bakı, Az 1065, Azərbaycan Phone; (99412) 597-06-91 Email; info@cesd.az URL; www.cesd.az CESD Press Bakı - 2017 Azərbaycan Respublikasının Prezidenti yanında QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni sosial-iqtisadi çağırışlar fonunda yerli özünüidarəetmə orqanlarının (bələdiyyələr) fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi tədbirləri” layihəsi çərçivəsində “İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən hazırlanıb. Mündəricat Giriş.......................................................................................................... 5 1 Tədqiqatın məqsədi........................................................................... 6 2 Azərbaycanda yerli özünü idarəetmə orqanlarınin inkisaf tarixi 7 3 Yerli özünü idarəetmə orqanlarının hesabatlılığı və onların fəaliyyətinə ictimai nəzarət imkanları ( yerli təcrubə) ...................... 12 3.1 Yerli özünü idarə etmə orqanlarının hesabatlılığı ................................. 12 3.2 Çalışanların etik davranış qaydaları ....................................................... 13 3.3 Yerli özünü idarə etmə orqanlarının fəaliyyətinə ictimai nəzarət ........ 15 3.3.1 İmkanlar ............................................................................................... 15 3.3.2 Çatışmamazlıqlar.................................................................................. 16 4 Beynəlxalq praktikada yerli idarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarət mexanizmləri............................................................... 18 4.1 Rusiya təcrübəsi......................................................................................... 18 4.2 Qazaxıstan təcrübəsi ................................................................................. 20 4.3 Şotlandiya təcrübəsi .................................................................................. 21 4.4 Yaponiya təcrübəsi .................................................................................... 22 5 Nəticə ................................................................................................ 25 6 Təkliflər............................................................................................ 26 Mənbə ..................................................................................................... 29 Xülasə Tədqiqat Azərbaycanda yerli özünüidarəetmə orqanı kimi çıxış edən bələdiyyələrin fəaliyyətində ictimai nəzarətin hazırkı vəziyyətinin təhlili, mövcud problemləri və gücləndirilməsi yolunda məsələlərə aydınlıq gətirir. Azərbaycanda yerli özünüidarəetmə orqanlarının bərqərar olmasından, inkişaf tarixindən və onların fəaliyyətinin qanuni aspektlərindən və bələdiyyələrin effektivliyinin artırılması yönündən bir sıra ölkələrin yerli özünü idarəetmə mexanizmlərinə nəzər salaraq ölkəmizdə bu istiqamətdə mövcud olan problemlər işıqlandırılmış və bu problemlərin həlli yolunda mümkün təkliflər verilmişdir.Azərbaycanda yerli özünüidarəetmə orqanlarının hesabatlılığı məsələsinə də toxunulmuşdur.Bələdiyyələrin hesabatlılığı haqqında bələdiyyələrin statusu haqqında qanunda öz əksini tapan müddəalarını ön tutaraq bu baxımdan hazırkı vəziyyət araşdırılmışdır.Bununla yanaşı bələdiyyələrin etik davranış kodeksi də araşdırılmışdır.Bələdiyyə üzvlərinin səlahiyyət çərçivələri məsələləri,onların yerli əhali ilə davranış normaları və bu kimi aidiyyati tərəflər incələnmişdir.Məqalənin əsas məqsəd olan bələdiyyələrin işinə ictimai nəzarət iki fərqli hissəyə bölünərək araşdırılmışdır.Əvvəlcə ölkədə bələdiyyələrin işinə ictimai nəzarətin səviyyəsi araşdırılmışdır.Qanunvericiliyin ictimai nəzarət haqqında bələdiyyələr üzərində qoyduğu məsuliyyət və ictimai nəzarət mexanizmlərinin işlək səviyyəsinin ölçüsü təhlil edilmişdir.Daha sonra isə bu yolda mövcud problemlər və çatışmazlıqların həll yolları müqayisəli şəkildə qonşu dövlətlər(Rusiya,Qazaxıstan) və yerli özünü idarəetmədə ictimai nəzarətin yüksək olduğu(Yaponiya,Şotlandiya) ölkələr rəhbər tutulmaqla ortaya qoyulmuşdur.Yekun olaraq ölkədə bələdiyyələrin işinə ictimai nəzarətin gücləndirilməsi yönündən ciddi çatışmazlıqları nəzər alaraq rəsmi səviyyədə bu məsələnin vacibliyi qeyd edilmişdir.İctimai nəzarət mexanizmlərinin qanuni olaraq şaxələndirilməsi və yöndə mövcud olan informasiya əksikliyinin aradan qaldırılması üçün təkliflər önə sürülmüşdür. Giriş Davamlı və dayanıqlı inkişafı ictimai nəzarət olmadan təsəvvür etmək müasir dövr üçün mümkünsüz bir hala çevrilib. Hətta 20 il bundan əvvəl bir çox ekspertlər ictimai nəzarət konsepsiyasına şübhəylə yanaşırdılarsa, bu gün yerli özünüidarəetmə və dövlət orqanlarının işinə ictimai nəzarət platforması yekdillə dəstəklənir. İctimai nəzarəti hüquqi aktlar, azad və müstəqil kütləvi informasiya vasitələri, dövlət orqanlarının fəaliyyətlərinin məlumat əlçatarlığı, siyasi rəqabət və fikir azadlığı sistemini özündə ehtiva edir. Məqalə bələdiyyələr üzərində ictimai nəzarət anlayışının və onun vacibliliyinin səbəblərinin araşdırılmasını və dövlətin bu istiqamətdə rolunu müəyyən edir. Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən bu yana ictimai nəzarətin intişaf etməsi çox yavaş olmuşdur. 2014 cü il Yanvarın 16-sında “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilmişdir. Bu qanunda təəssüf ki, bələdiyyələrin işində ictimaiyyəti nəzarətin yalnız ümumi müddəaları nəzərdə tutulur. Buna görə də qonşu ölkələrdən Rusiya və Qazaxıstan, eləcə də ictimai nəzarət yönündən kifayət qədər yüksək inkişaf etmiş Yaponiya və Şotlandiya kimi ölkələrin təcrübələri araşdırılmışdır. Bu ölkələrin bələdiyyələrə aid hüquqi bazası araşdırılmış, xüsusilə də ictimai nəzarəti özündə ehtiva edən qanunlarda yer alan hissələr qabardılmış, ictimai nəzarətin yerinə yetirilmə qaydaları, bu nəzarətə cəlb olunanlar haqqında araşdırmalar aparılmışdır. Məqalədə əvvəlcə Azərbaycanda bələdiyyələrin inkişaf tarixindən bəhs edilmişdir, daha sonra məhz ictimai nəzarət mexanizmlərinin bələdiyyələrində işində hansı mövqedə olduğu araşdırılmış, bələdiyyələrin hesabatlılıq səviyyəsi təhlil edilmiş, sonda isə bir sıra ölkələrin təcrübəsi öyrənilərək çatızmazlıqların aradan qaldırılması yönündə təkliflər irəli sürülmüşdür. 1 Tədqiqatın məqsədi Tədqiqatın əsas məqsədi hazırda hökumətin, ölkə ictimaiyyətinin maraq dairəsində olan Azərbaycanda yerli özününidarəetmənin (bələdiyyələr) inkişafı üçün bu sahəyə ictimai nəzarətin təmin edilməsi, bu qurumların fəaliyyətində şəffaflığın artırılması istiqamətində daha təkmil idarəetmənin yaradılması kimi məsələlərə ictimai dəstəyin gücləndirilməsi, beynəlxalq praktikaya uyğun faəliyyət və nəzarət mexanizmlərinin tətbiqi sferasının genişləndirilməsi, həmçinin gələcəkdə bələdiyyə institunun ictimai reputasiya artırılaraq qurumların ölkənin sosial-iqtisadi inkişafında iştirakçılıq imkanlarının genişləndirilməsidir. Bundan başq bələdiyyə çalışanlarının peşəkarlığının artırılması, öz fəaliyyətləri daha mütərəqqi qaydalar və etik davranışlar əsasında təşkil etməsi üçün onların maarifləridirilmə imkanlarının artırılmasıda ən başlıca məqsədlərdəndir. 2 Azərbaycanda yerli özünü idarəetmə orqanlarınin inkisaf tarixi Müstəqil,demokratik,azad,hüquqi,sosial dövlətlərin əsas xüsusiyyətlərindən biri yerli özünü idarəetmə strukturuvə bu strukturunun ölkə üzrə tətbiq edilmə və işləmə mexanizmlərinin möhkəmliliyidir.Yerli özünüidarəetmənin inkişaf etdirilməsi istənilən ölkə üçün rasional vətəndaş cəmiyyətinin qurulması baxımından olduqca böyük əhəmiyyətə malikdir.Müasir Azərbaycan Respublikasının ərazi sərhədləri çərçivəsində müxtəlif illərdə yerli özünü idarəetmə institutları olsa da,ölkəmiz tam müstəqil olduqdan sonra, yəni 1991ci ildən etibarən artıq tam olaraq, demokratik yerli özünü idarəedən institutları yaranmağa başlamışdır. Müstəqilliyin ilk illərində mərkəzdənqaçma meyllərini kimi problemlərlə üzləşməmək üçün və həmçinin ölkənin ağır müharibə şəraiti vəziyyətində olması yerli özünü idarəetmə institutlarının yaradılmasını bir qədər ləngitmişdir. Lakin inkişafın demokratik prinsiplərinin prioritet tutulması və mərkəzi asılılığın azaldılması yerli özünüidarəetmə orqanlarının yaradılmasını vacib bir məsələyə çevirmişdi. 1995 ci il 12 noyabrda ümumxalq səsverməsi ilə qəbul edilən ölkə konstitusiyası yerli idaəetmə orqanlarının təşkili,fəaliyyətləri və digər məsələlərə dair qanunları özündə əks etdirmişdir. Konstitusiyaya əsasən Azərbaycanda yerli özünü idarəedən orqanlar kimi bələdiyyələrin çıxış etməsi təsdiq edilmişdir. Ölkədə dövlət idarəetməsinin effektivliliyi baxımından və dövlət funksiyaların əks-mərkəzləşdirilmə xəttinin müəyyənləşdirilməsi və inkişaf etdirilməsi yönündən yerli idarəetmə orqanlarının hüquqi normalarının Konstitusiyada yer alması mütərəqqi addım olmuşdur.Ölkənin əsas qanunlar toplusunda mülkiyyətin dövlət,xüsusi və bələdiyyə adlı növləri qeyd edilmişdir1 . Və həmçinin mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən qorunması da qanunda öz əksini tapmışdır. Konstitusiyanın qəbulundan sonra qısa müddət ərzində bələdiyyələrin qanunda nəzərdə tutlmuş normativ hüquqi aktlarınların yerinə yetirilməsi ilə bağlı olaraq Milli Məclisdə xüsusi komissiyalar yaradılmış və “Bələdiyyələrin statusu”haqqında və “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Bunlarla yanaşı “Bələdiyyə qulluğu haqqında”, ”Yerli rəy sorğusu haqqında”,”Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və digər qanunlar da qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Torpaq, Su, Vergi, Mülk, Əmək məcəllələrinə də bələdiyyələrlə bağlı əlavələr edilmişdir.Bundan başqa bələdiyyələrin maarifləndirilməsi,metodoloji yardımların edilməsi məqsədilə 8 fevral 2000 ci il tarixli ölkə prezidentinin sərəncamına uyğun olaraq Azərbaycan respublikası Ədliyyə Nazirliyi nəzdində “Bələdiyyələrlə iş və Bələdiyyələrə Metodoloji Yardım mərkəzi” yaradılmışdır 2 . Ölkədə 1999-cu il 12 dekabr tarixində ilk dəfə olaraq ümumxalq səsverməsinə əsaslanan bələdiyyə seçkiləri keçirilmişdir. Bu seçkilərin nəticəsi olaraq 22 min 1 Bələdiyyələr haqqında Azərbaycan Respublikasının Qanunları, http://files.preslib.az/site/municipal/gl2.pdf 2 Azərbaycan respublikası prezidentinin 8 fevral 2000 ci il tarixli sərəncamı, http://www.e-qanun.az/framework/657 nəfərdən artıq bələdiyyə üzvü seçilmiş və 2667 yerli özünü idarəetmə orqanı yaradılmışdır.” 5 min nəfərə yaxın müxtəlif peşələri təmsil edən şəxslər bələdiyyə qulluğuna qəbul edilmişdir.3 Yerli özünü idarəetmə orqanı kimi bələdiyyələr 4 mühüm xarakteri özündə cəmləşdirir: Hər bir bələdiyyənin ayrıca büdcəsi və mülkiyyəti olur Bələdiyyələr hüquqi statuslu qeyri-dövlət təşkilatı hesab olunur Yerli məsələlərin həllində muxtariyyətə və sərbəstliyə malik olurlar Seçki qaydası ilə hakimiyyətə gələn, qərarverici və icraedici vahidləri özündə cəmləşdirir.4 Bələdiyyələr haqqında qanunlar növbəti illərdə də qəbul edilmişdir. Bu qanunlar bələdiyyələrin fəlaiyyətində qaranlıq qalan məsələlərə aydınlıq gətirilməsi və mövcud olan boşluqların aradan qaldırılması baxımından əhəmiyyətlilik kəsb etmişdir. Ölkə prezidentinin 2000-ci il 14 aprel sərəncamı ilə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması, ləğv edilməsi” haqqında Azərbaycan Respublikasının qanunu bələdiyyələrin onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq yerli əhalinin rəyini nəzərə almaqla birləşərək, yaxud ayrılaraq yeni bələdiyyə təşkil edə bilmə məsələsinə aydınlıq gətirmişdir. Bu məsələlərdə həmin bələdiyyələrin fəaliyyətlərinin əhatə etdiyi ərazilərdə “Yerli Rəy sorğusu” nun vacib tutulması xüsusilə vurğulanmışdır ki, bunu da bələdiyyələrin işində ictimai fikrin qabardılmasının labüdlüyünün göstəricisi kimi hesab etmək olar. 13 iyun 2000 ci il qanununda isə ərazi quruluşu və inzibati ərazi bölgüsü məsələlərində bələdiyyələrin səlahiyyətlərinin müəyyənləşdirilməsi yer almışdır. 17 aprel 2001-ci tarixli qərarla isə “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının qanununa bir sıra dəyişikliklər edilmişdir. Burada cinayət məcəlləsinə uyğun olaraq ağır və xüsusilə ağır cinayətlər üzrə cəza çəkmiş şəxslər və eləcə də hazırda məhkumluq həyatı keçirən şəxslərin bələdiyyə üzvü ola bilməməsi əlavəsi edilmişdir.Həmçinin,bələdiyyə seçkilərinin bir qayda olaraq həftənin bazar günündə keçirilməsinə dair qərar qəbul edilmişdir ki, bu da seçkilərdə seçici aktivliyinin nəzərə alınması ilə əlaqədar olmuşdur. Sonrakı dövrlərdə də bələdiyyələrin fəlaliyyət və səlahiyyət mexanizmlərində olan boşluqların aradan qaldırılması məqsədi bir sıra qanunlar qəbul edilmiş və yaxud mövcud qanunlara əlavə və dəyişikliklər edilmişdir. Məsələn, 29 iyun 2001ci il tarixli sərəncamla “Bələdiyyələrin su təsərrüfatı haqqında” və “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” qanunlar qəbul edilmişdir. 3 Azərbaycan Xalq Qəzeti, http://www.xalqqazeti.com/az/news/social/52004 4 Şahbazov.,A.,K.” Dövlət və Bələdiyyə idarəetməsi”, Dərslik səh 224 http://ebooks.azlibnet.az/book/10nat210715.pdf “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanun bələdiyyələr ərazisində yerləşən su obyektlərinin istifadəsi və mühafizə isə əlaqədar olaraq bələdiyyələt və yerli icra orqanları, hüquqi və fiziki şəxslər arasında münasibətləri tənzimləmək xarakteri daşımışdır. ”Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” qanun isə bələdiyyə tiorpaqlarının idarəedilmə xüsusiyyətlərini nəzərə almaqla istifadəyə, icarəyə verilməsi qaydalarını və istifadəsi, eləcə də mühafizəsi sahəsində hüquqi münasibətlərin formalaşmasına vüsət vermişdir.5 Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində yerli özünü idarəetmənin və bu fonda bələdiyyələrin düzgün ve qərəzsiz fəaliyyət göstərməsi zəruri amildir. Dövlət, müəyyən sahələrdə qərar tutduğu səlahiyyətlərini, yerli vətəndaşlara ən yaxın hakimiyyət orqanı vasitasi ilə reallaşdırmalıdır. Bu sahədə Azərbaycan Respublikasının müstəqilliyə addım atdığı illər və sonrasında qanunverici və icraedici orqanların birgə fəaliyyəti və Ümum Milli Lider Heydər Əliyevin böyük səyi ilə yerli özünü idarəetmədə təməl məsələlər öz həllini tapsa və seçkili bələdiyyə orqanları bərqərar olsada sözü gedən bələdiyyələrlə bağlı bir sıra qanunlar, bu qanunlara dəyişikliklər və əlavələr 2003-cu ildən daha səciyyəvi hal almışdır. Məhz 2003-cu ildə bələdiyyələr haqqında ilk qəbul edilmiş qanun, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında olmuş və nüfuz baxımından təyinatla yerlərdə sabitlənmiş icra orqanlarını seçkili yerli özünü idarəetmə qurumu olan bələdiyyələrdən üstün bərqərar etmişdir. 6 Bu qanunda həmçinin seçicilərin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət heyata keçirə biləcəklərinə dair bənd yer almışdır və buda öz növbəsində yerli özünü idarəetməyə ictimai nəzarəti səciyyələndirir. Həmin ildə Azərbaycan Respublikası ərazisində Lüvəsər və Xocəsən bələdiyyələrinin yaradılması qərarlaşdırılmış və müvafiq qanunlar qəbul edilmişdir.7 2004-cü il 17 dekabrda Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanlarına ikinci dəfə seçkilər keçirilmişdir. Bu seçkilerdə 20356 bələdiyyə üzvü seçilmişdi. 8 2004-cu ildə həmçinin Ağstafa, Ağsu, Saatlı, Tərtər rayonlarında bələdiyyələrin yaradılması qərarlaşdırılmışdır. Ümumiyyətlə həmin ildə bələdiyyələrin işi ilə bağlı bir sıra irəliləyişlər əldə olunmuş, bundan sonra bələdiyyələr öz fəaliyyətlərini daha düzgün aparmış və bələdiyyələrin regional asossassiyalarının Nümunəvi Əsasnaməsi qanunla təsdiq edilmişdir. Bələdiyyələrsə artıq daha geniş fəaliyyətlə səciyyələnən tədbirlərin keçirilməsinə yönəlmişdir. Sadalananlar Azerbaycanın bu dövrə qədər artıq müəyyən yerli özünüidarə təcrübəsi qazanması ilə 5 Bələdiyyələr haqqında Azərbaycan Respublikasının Qanunları http://files.preslib.az/site/municipal/gl2.pdf 6 Bələdiyyələr haqqında Azərbaycan Respublikasının qanunları, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında, sah 105 http://files.preslib.az/site/municipal/gl2.pdf 7 Bələdiyyələr haqqında Azərbaycan Respublikasının qanunları, səh 108,109 http://files.preslib.az/site/municipal/gl2.pdf 8 Azərbaycanda yerli özünüidarəetmənin formalaşması və seşkilərin bu prosesdə rolu http://www.xalqqazeti.com/az/news/social/52004 əlaqədardır. 2-ci bələdiyyə seçkilərindən sonra onların əraziləri və torpaqları haqqında qanunda bir sıra düzəlişlər edilsədə, bələdiyyələrə ictimai nəzarət bu qanun əlavələrində nəzərə alınmamışdır. Qeyd edilən dövrdən etibarən “Bələdiyyələrin əraziləri ve torpaqları haqqında” Azərbaycan Respublikasının qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”ında dəyişikliklər edilməsi barəsində ardıcıl qanunlar qəbul edilmişdir. Azərbaycanda növbəti yeni 3-cü bələdiyyə seçkiləri 2009-cu il 23 dekabr tarixində keçirilmişdir. Və bu seçkilər ölkə miqyasında demokratiya baxımından böyük siyasi səciyyə daşımış və Azərbaycan şəraitində şəffaf seçki mühitini əks etdirməklə bir daha Respublika miqyasında demokratik dəyərlərin müdafiəsini əks etdirmişdir. Həmin seçkilərdə 10 siyasi partiyadan 15591 nəfər bələdiyyə üzvü seçilmişdir. Bu seçkilərdə seçilənlərin yariya qədərinin qadınlar və gənclər olmasıda yerli özünüidarə orqanlarında struktur və fəaliyyət baxımından inkşafin mütərəqqi səciyyə daşıması ilə əlaqədardır. Seçkilərdən dərhal sonra 29 dekabr 2009-cu ildə “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamə təsdiq edilməsi barədə qanun qəbul edilmişdir. 9 Bu qanunla bələdiyyələrin fəaliyyəti və fəaliyyətlə bağlı sənədləri bu sənədlərdən ibarət qovluqlarda nizamlanmışdır. Bələdiyyələr qeyd edilən seçkilərdən sonra daha müntəzəm və şəffaf fəaliyyətə yönəldilmiş, qanunsuz halların qarşısının alınmasına ciddi səylər göstərilmisdir. 2011-ci il 25 oktyabrda Azərbaycan Respublikasinda bələdiyyələrlə bağlı bir sıra qanunlar qəbul edildi və bəzi qanunlara dəyişikliklər, əlavələr edildi. Bunlar “Bələdiyyə torpaqlarinin idarə edilməsi haqqında” qanunla başlayıb, bələdiyyə qulluğu, onların statusu, komissiyaları, maliyyəsinin əsasları, onlarin fəaliyyətinə inzibati nəzarət və nümunəvi nizamnamənin təsdiqiylə bağlı qanunlar olmuşdur. Qeyd edilən məsələlər bələdiyyələrlə bağlı qanunvericilikdə öz yerini tapmışdır. 2009-cu ildəki seçki nəticələrinə uyğun olaraq fəaliyyətə başlayan bələdiyyələrlə bağlı vacib qanunlardan biri də “Ekstradisiya haqqında” Avropa konvensiyasının Üçüncü Əlavə Protokoluna qoşulmaq barədə olmuşdur. 10 2014-cu ildə Azərbaycanda artıq say etibarilə 4-cü olan bələdiyyə seçkiləri baş tutmuşdur. Bu proses və onun gedişatındaki şəffaflıq, uğurlu və qərəzsiz nəticələr Azərbaycanin həmin dövr üçün müstəqilliyinin 23-cu ilində vacib bir uğur idi. Artıq Azərbaycan Respublikası yerli özünüidarəetmədə əvvəlkindən daha dərin təcrübəyə daha geniş qanunlar toplusuna və bu kontekstdə daha məhsuldar yerli özünüidarə qurumlarına sahib olmuşdur. Keçən dövrlər ərzində bələdiyyələrə və ya yerli 9 Bələdiyyələr haqqında Azərbaycan Respublikasının qanunları, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamə tasdiq edilməsi barədə, səh 179 http://files.preslib.az/site/municipal/gl2.pdf 10 Bələdiyyələr haqqında Azərbaycan Respublikasının qanunları, “Ekstradisiya haqqinda” Avropa konvensiyasının Üçüncü Əlavə Protokoluna qoşulmaq barədə, səh 209 http://files.preslib.az/site/municipal/gl2.pdf özünüidarəyə maragın artması artıq əvvəlki seçkilərə nisbətdə 4-cu bələdiyyə seçkilərindəki namizədlərin çox olması ilə səciyyələndi. Rəqəmlər isə bu göstəriciləri hər bələdiyyə yerinə namizəd sayinin 2-dən 2,5-ə qalxması ilə göstərmişdir.11 Butun bunlar bələdiyyələrin təşkilat və struktur baxımından yerini sabitlənməsi və əvvəlki dövrlərlə müqayisədə maliyyə mənbələrindən istifadədə təkmilləşməsinin əsasında baş tutmuşdur. Həmçinin bələdiyyələr bir yerli özünüidarə qurumu olaraq artıq yerli əhali və hakimiyyət orqanları arasındaki əlaqədə vacib bir ünsürə çevrilmişdir. Onları fəaliyyətiylə səciyyələnən yerli məsələlərdə böyük irəliləyişlər qeydə alınmışdır. Lakin bu dövrdə belə şəristəsiz hallar başvermiş və dövlət Ədliyyə Nazirliyinin köməyi ilə marifləndirici hüquqi tədbirlər keçirmişdir. Bələdiyyələrdə baş verə biləcək qanunsuzluq hallarının qarşısını almaq və bələdiyyə işçilərinin etik davranışını tənzimləmək məqsədilə 2015-ci il 28 apreldə “Bələdiyyə qulluqçularının etik davraniş qaydalı haqqında” qanun qəbul edilmişdir. Bu bələdiyyələrin vəzifə və səlahiyyətləriylə bağli bir sıra normativləri əhatə etməklə onları nizamlayır. 2017-ci ilin 31 may tarixində isə “Bələdiyyə üzvlərinin etik davranışı haqqında” qanun qəbul edildi. Bu qanunlar bir mənalı olaraq yerli özünüidarənin şəffalığını təmin etməyə yönəlmişdir. Qeyd edilən bu yaxın tarixdə bələdiyyələrin maliyyə əsasları və yerli vergilərlə bağlı bir sıra məsələlər qanunlar çərçivəsində yenidən gözdən keçirilib düzəliş və əlavələr olsada, yerli özünü idarəetməyə ictimai nəzarətlə bağlı bu dövrlərdədə ciddi addımlar atılmamışdır. 11 Azərbaycanda yerli özünüidarənin formalaşması və seçkilərin bu prosesdə rolu Bələdiyyə seçkiləri qarşısında http://www.xalqqazeti.com/az/news/social/52004 3 Yerli özünü idarəetmə orqanlarının hesabatlılığı və onların fəaliyyətinə ictimai nəzarət imkanları ( yerli təcrubə) 3.1 Yerli özünü idarə etmə orqanlarının hesabatlılığı Bələdiyyələr statusu haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə əsasən, bələdiyyələr Azərbaycan Respulikasının Milli Məclisinə, seçicilərə və bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana hesabat verirlər. Bu Qanunun II hissəsinə əsasən bələdiyyələr tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə hesabatlar aşağıdakı hallarda aprel ayının 1-dək verilir. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsində qeyd edilir ki bələdiyyələrə qanunvericilik və icra hakimiyətləri tərəfindən əlavə səlahiyyətlər verilə bilər. Bu səlahiyyətlərin icrası üçün bələdiyyələrə müvafiq miqdarda vəsait ayrılır. Səlahiyətlərin icrasına qanunvericilik və icra hakimiyətləri vasitəsiylə nəzarət edilir. 12 Bu səlahiyyətlərin icrası barədə hesabat Azərbaycan Respublikasının Milli Məclisinə verilir. Bu Qanunun 41-ci maddəsinə əsasən müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə hesabat Azərbaycan Respublikasının Milli Məclisinə verilir. Bu maddənin 1-ci hissəsinə əsasən bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi var və “bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər həyata keçirilməsini "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təmin edirlər.” Yuxarıda nəzərdə tutulan hesabatdan başqa bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin baza ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında yerli əhalini tanış etmək məqsədi ilə bələdiyyə iclaslarında təsdiq edilərək yazılı formada tərtib edilmiş hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, həmçinin elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlər əhaliyə çatdırılır. Seçicilərə verilən hesabat təsdiq edildikdən sonra, sonrakı 10 gün ərzində bələdiyyə tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilməlidir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin I hissəsinə əsasən 12 Azərbaycan Respublikasının Konstitutsiyası “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”13 “Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla (protokollarla) rəsmiləşdirilən yığıncaqda (yığıncaqlarda) iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyriqənaətbəxş hesab edilməsinin “lehinə” səs verdikdə bu barədə qərar qəbul edilir və yığıncağın (yığıncaqların) protokolu (protokolları) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilir. Protokolun forması və tərtibinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan protokolu (protokolları) forma və tərtiblə bağlı tələblərə uyğunluq baxımından yoxlayır və uyğunsuzluq aşkar etdikdə protokolu (protokolları) geri qaytarır, uyğunsuzluq aşkar etmədikdə isə 20 gün müddətində bələdiyyənin hesabatı ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə bələdiyyənin vaxtından əvvəl buraxılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edir.” 14 3.2 Çalışanların etik davranış qaydaları Bələdiyyə qulluqçularının fəaliyyətində mühüm yer tutan məsələlərdən biri də onların etik davranış qaydalarıdır. Demokratik və etik davranış qaydalarının təmin edilməsi sahəsində bələdiyyə qulluqçularının üzərinə böyük vəzifələr düşür və bələdiyyə qulluqçuları etik davranış qaydalarına mütəmadi şəkildə əməl etməlidirlər. Prezident İlham Əliyev yerli özünü idarəetmə orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, vətəndaşların yerli özünüidarəetmə orqanlarına, bələdiyyə qulluqçularına etimadın yüksəldilməsi, yerli özünüidarəetmə orqanlarında korrupsiyanın qarşısının alınması və ən əsası yerli özünüidarə orqanlarının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşaların təsir imkanlarının genişləndirilməsi məqsədi ilə "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 677-VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalamışdır. Bələdiyyə üzvlərinin fəaliyyətində etik davranış qaydaları dedikdə, onların insanların hüquq və azadlıqlarının qorunması, qanuni maraqlarının təmin olunması, şəxslərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmət edilməsi, vətəndaşlara qarşı qərəzsiz, nəzakətli, xeyirxah, diqqətli və səbirli olmaları, qisacası mədəni davranış nümayiş etdirməsi nəzərdə tutulur. Eyni zamanda, etik davranış qaydalarına əsasən 13 Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin I hissəsi 14 Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu bələdiyyə üzvünün qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətləri qəbul edilməzdir və ya bu tipli təkliflər gəldiyi zaman birmənalı olaraq imtina edilməlidir. Çünki, bu kimi hallar bir başa olaraq korrupsiya hallarının artmasına gətirib çıxarır və bələdiyyə qulluqçusunun fəaliyyətində korrupsiyaya şərait yaradan halların qarşısının alınması ən mühüm şərtlərdən biri hesab olunur. Belə ki, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 677-VQ nömrəli Qanununda 2ci fəsil 10cu maddədə qeyd edilmişdir ki, “Bələdiyyə üzvü vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya belə təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası qarşılığında mükafat qismində verilən və ya belə mükafat təəssüratı yaradan hədiyyələri özü və digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir” 15 Həmçinin, bələdiyyə qulluqçularının fəaliyyətində loyallıqda vacib yerə sahibdir. Belə ki, bələdiyyə qulluqçusu digər yerli özünüidarə etmə orqanlarının və ya bələdiyyə üzvlərinin qanuna əsasən fəaliyyəti ilə əlaqədar tənqidi çıxışlardan, mülahizələrdən çəkinməlidir. Yerli özünüidarəetmə orqanlarının üzvləri etik davranış qaydalarının pozulmasına görədə məsuliyyət daşıyırlar. Belə ki, Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı hallarda bələdiyyə üzvləri intizam məsuliyyətinə cəlb edilə bilər:16 1. bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanunun müddəalarının bələdiyyə qulluqçusu tərəfindən pozulduğu barədə hüquqi və ya fiziki şəxslərdən şikayət və ya digər məlumatın daxil olması; 2. kütləvi informasiya vasitlərində bələdiyyə qulluqçusu tərəfində bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanunun müddəalarının pozulduğu və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi. Həmçinin, yerli özünü idarəetmə orqanlarının yəni bələdiyyələrin görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verməsi, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılmasıda onların öhdəliyinə daxildirş Beləliklə, vətəndaşların bələdiyyələrə yaxınlaşaraq yerli idarəetmə üzvlərinin görülmüş işləri ilə yaxından tanış olmaq istədikləri zaman bələdiyyələr vətəndaşlara maksimum səviyyədə yardım etməlidir. Halbuki, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 677-VQ 15 Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu http://az.president.az/articles/15535 16 Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu http://az.president.az/articles/15535 nömrəli Qanununun tətbiqi barədə sərəncamında buna yer verilməmişdir. Lakin, buda yerli özünüidarəetmə orqanlarının (bələdiyyələr) fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsinın bir yoludur. 3.3 Yerli özünü idarə etmə orqanlarının fəaliyyətinə ictimai nəzarət 3.3.1 İmkanlar Şəffaflığa və ictimai nəzarətə əsaslanan idarətmənin təşkili və yerinə yetirilməsi son dövrlər əzrində Azərbaycan Respublikasınında əsas strateji məqsədlərinə çevrilmişdir. Korrupsiyanın qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə bir çox dövlət proqramları, tədbirlər, konsepsiyalar və strategiyalar strategiyalar həyata keçirilmişdir. 2004-2006-cı illər üçün “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı”, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlər ölkədə korrupsiyaya qarşı mübarizənin və şəffaflığın təmin edilməsinin hüquqi və institusional əsaslarını yaratmışdır.17 Son zamanlarda, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının iştirakı yerli özünü idarə etmə orqanlarının-bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi imkanlarından biridir. Vətəndaş cəmiyyəti institutları dedikdə, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri nəzərdə tutulur. 18 Lakin son zamanlarda, qeyri hökümət təşkilatlarının, həmkarlar ittifaqlarının və mətbuatın yerli özünü idarə etmə orqanlarının fəaliyyətinə ictimai nəzarətdə rolu artmaqdadır. Bələdiyyələrin fəaliyyətinə ictima nəzarət üçün ictimai şura, ictimai müzakirə, ictimai dinləmə kimi yığıncaqların keçirilməsidə bu sahədə atılan qabaqcıl addımlardandır. Həmçinin, idarəetmədə ictimai iştirakçılığın təmin edilməsi üçün müxtəlif milli fəaliyyət planları hazırlanmışdır və “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı”və"Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” (MFP) buna açıq şəkildə nümunədir. Bu kimi Milli Fəaliyyət Planlarının yaradılması 17 İctimai nəzarətin təmin edilməsində İctimai Şuraların rolu – ARAŞDIRMA http://www.qht.az/index.php?action=static_detail&static_id=9903 18İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu http://www.president.az/articles/10814 ictimai nəzarətin, iştirakçılığın artıq formallıqdan çıxıb real məzmuna, real vəziyyətə keçəcəyinə şərait yaradan ən böyük amillərdəndir. İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanununda qeyd edildiyi kimi, ictimai müzakirə – ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaqdır, ictimai dinləmə isə - hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrıayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaqdır. 19 Daha sonra bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətı artırmaq məqsədi ilə ictimai rəyin öyrənilməsi, yazılı məsləhətləşmə kimi tədbirlərin keçirilməsidə bu qannunda öz əksini tapmışdır. Lakin, buna baxmayaraq qanuna nə dərəcədə əməl olunduğu şübhəaltındadır. Yerli özünüidarəetmə orqanları yanında şuraların yaradılması isə ümumiyyətlə heç bir yerdə xatırlanmır və bu məsələ demək olar ki, ictimai diqqətdən tamamilə kənarda qalıb. 3.3.2 Çatışmazlıqlar 1999-cu ilin dekabr ayında Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirilmişdir və ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsindən 18 il vaxt keçsə də bələdiyyə institutu hələ bir çox məsələlərin həllində çətinliklər yaşamaqdadır. Halhazırki dövrdə, yerli özünü idarə etmə orqanlarının fəaliyyətinə ictimai nəzarətdə bir çox çatışmazlıqlar mövcuddur. icra hakimiyyəti və bələdiyyələr arasında qeyri-rəsmi ierarxik münasibətlərin qurulması, əhali arasında məlumatlılıq səviyyəsinin aşağı olması və bəzən də bələdiyyə çalışanlarının öz səlahiyyət və öhdəliklərini dəqiq qavraya bilməməsi bu sferada ictimai nəzarətin zəif təşkil edilməsinə gətirib çıxartmışdır. Həmçinin, ictimai nəzarət mexanizminin təkmilləşdirilməsi, qurumların fəaliyyətinin şəffaflaşdırılması, bələdiyyələrin reputasiyasının yüksəldilməsi və ictimai məlumatlandırmanın təşkili bu istiqamətdə çatışmazlıqların mövcud olmasıda ictima nəzarətin hələ yetərincə inkişaf etməməsinin əsas səbəblərindəndir. Bələddiyyə çalışanları üçün müasir standartlara uyğun maarifləndirici məlumatların təbliğinın, 19 İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu http://www.president.az/articles/10814 qurumların hesabatlılıq səviyyəsinin yetərincə olmaması da bu sahədə çatışmazlıqdandır. Mövcud vəziyyətə ümumilikdə QHT-lərin və medianın mövqeyinin zəifləməsi də müəyyən dərəcədə təsir göstərib.Bu təsisatların monitorinq və araşdırma imkanlarının məhdudlaşması ictimai nəzarətin və tənqidin zəifləməsinə səbəb olub.QHT-lərə qarşı aparılan kompaniya fəaliyyət imkanlarını məhdudlaşdırmaqla bərabər, onlara ictimai etimadı da əhəmiyyətli dərəcədə sarsıdıb.Ən ciddi tapıntıları və təklifləri belə bir çox hallarda diqqətə alınmadığından, QHT-lərin, o cümlədən medianın özünün ictimai nəzarət funksiyası dəyərsizləşib və təsir imkanları əhəmiyyətli dərəcədə zəifləyib.Bütün bu və digər amillərin məcmusu isə nəticə etibarilə icra orqanlarının ictimai iştirakçılıq və hesabatlılıq məsələlərinə qeyri-ciddi münasibətini formalaşdırıb.20 20 http://www.qht.az/index.php?action=static_detail&static_id=9903 4 Beynəlxalq praktikada yerli idarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarət mexanizmləri 4.1 Rusiya təcrübəsi Hazırda demokratik dövlətlərdə yerli özünüidarəetmə orqanları üzərində ictimai nəzarətin təmin edilməsi mühüm elementlərdən hesab edilir. Ictimai nəzarət - dövlət orqanlarının inkişafını stimullaşdırmaqla, məqsəd və öhdəliklərin müəyyənləşdirilməsində və reallaşdırılmasında yardımçı olur. Bununla yanaşı ictimai və kənar monitorinq mexanizmlərinin təkmilləşdirilməsində səbəb olur, qanunda mövcud olan boşluqların müəyyənləşdirilməsi və aradan qaldırılmasında birbaşa tərəfdaş qismində iştirak edir. Rusiya federasiyasinda ictimai nəzarət anlayışını qavramaq üçün ilk növbədə ölkənin administrativ quruluşunu nəzərə almaq lazımdır. Rusiya federativ dövlət quruluşuna malikdir. Federasiyanın tərkibində 85 subyekt var ki, onlardan 22-si respublika, 46-sı rayon, 9-u region, 3-ü federal şəhər, 1- i muxtar rayon və 2-si muxtar bölgədir.21 Federasiya sisteminin subyektləri dövlət hakimiyyəti orqanlarının Federasiyası tərəfindən müəyyən ümumi prinsiplər ilə tənzimlənir. Hər bir rayonun qanunvericilik (nümayəndəsi) orqanlari (qanunvericilik, məclis) və icra hakimiyyəti orqanı (hökumət) vardır22 . Rusiya 8 federal rayona bölünür və hər bir federal rayondaa Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi var. Rusiya qanunvericiliyinə ictimai nəzarət haqqında bir sıra qanunlar var: Federal qanun "Dövlət orqanlarının və yerli özünüidarəorqanlarının fəaliyyəti haqqında informasiyanın əldə edilməsi haqqında" Fevralin 9-u, 2009-cu il № 8-FZ23; 21 Rusya Federasiyasinin aministrativ bolunmesi http://megabook.ru/article/%D0%90%D0%B4%D0%BC%D0%B8%D0%BD%D0%B8%D1%81%D 1%82%D1%80%D0%B0%D1%82%D0%B8%D0%B2%D0%BD%D0%BE- %D1%82%D0%B5%D1%80%D1%80%D0%B8%D1%82%D0%BE%D1%80%D0%B8%D0%B0% D0%BB%D1%8C%D0%BD%D0%BE%D0%B5%20%D0%B4%D0%B5%D0%BB%D0%B5%D0% BD%D0%B8%D0%B5%20%D0%A0%D0%BE%D1%81%D1%81%D0%B8%D0%B8 22 Dovlet organlarin sistemi http://textbooks.studio/uchebnik-teoriya-politiki/sistema-gosudarstvennyih-organov.html 23 Federal qanun "Dövlət orqanlarının və yerli özünüidarə fəaliyyəti haqqında informasiya əldə təmin edilməsi haqqında" Fevralin 9 2009-cu il № 8-FZ http://www.consultant.ru/document/cons_doc_LAW_84602/ "Korrupsiyaya qarşı mübarizə haqqında" Federal qanun dekabr 25, 2008 273- FZ24; 2013-cü il, "Internet resurslarından istifadə etməklə Rusiya Federasiyası vətəndaşlarının sosial təşəbbüslərinin nəzərə alınması haqqında "183 saylı25; Federal qanun "Rusiya Federasiyasında ictimai nəzarətin əsasları" 21 iyul 2014 N 212-FZ26 . İctimai nəzarət hüququ olanlar: nəzarət şurası (dövlət müəsissələrinin fəaliyyətinə nəzarət); dövlət yoxlama və ictimai nəzarət qrupları (dövlət və yerli tənzimləyici orqanları ilə birlikdə iş); ictimai nəzarətin digər təşkilati strukturları. İctimai nəzarət subyektləri : Rusiya Federasiyasının İctimai Palatasi; Rusiya Federasiyası subyektlərinin İctimai Palatasi; Bələdiyyələrin İctimai Palatası (şuraları) ; Federal icra hakimiyyəti orqanlarının ictimai şuraları (Rusiya Federasiyası subyektlərinin icra hakimiyyəti orqanlarının yanında ictimai şuralar). Sadalananlarla yanaşı dövlət öz nəzarəti altında ictimai nəzarətin əsaslarını yaradıb. Hansı ki, nəzarət obyektləri və subyektləri, onların mexanizmləri, ictimai müşahidəçilərin yoxlanılması və vəzifələri hüquqi baxımdan tənzimlənib. Hazırda Rusiyada bir sıra fondlar, qeyri-kommersiya və qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları və digər ictimai təşkilatlar fəaliyyət göstərir. Aktiv qeyri-hökumət təşkilatlarından aşağıdakıları sadalamaq olar: Rusiya Federasiyasının İctimai Palatası - vətəndaşların hüquq və azadlıqlarını, ehtiyac və maraqlarını qorumaq üçün vətəndaşlar, hökumət və bələdiyyə orqanları arasında qarşılıqlı moderator funksiyasını yerinə yetiri; Ümumrusiya Xalq Cəbhəsi – Bir neçə ictimai təşkilatların koalisiyasıdır, hansılar ki, illik olaraq öz fəlaiyyətləri barədə birbaşa Rusiya Federasiyasının Prezidentinə hesabat verirlər. Koalisiya prezidentin fərman və sərəncamlarının yerliözünü idarəetmə orqanları və digər dövlət orqanları (təhsil və tibbi müəsissələr və s.) tərəfindən icra səviyyəsini təhlil edir. Hazırda Ümumrusiya Xalq Cəbhəsi ictimai nəzarətin təşkili istiqamətində 10-dan çox layihə həyata 24 Federal qanun dekabr 25, 2008 "Korrupsiyaya qarşı mübarizə haqqında" 273-FZ http://www.consultant.ru/document/cons_doc_LAW_82959/ 25 Rusya Prezidentnin Fermani 4 mart 2013 http://base.garant.ru/70326884/ 26 Federal qanun "Rusiya Federasiyasının ictimai nəzarətin əsasında" 21 iyul 2014 N 212-FZ http://www.consultant.ru/document/cons_doc_LAW_165809/ keçirir. Bunlardan “şəhər mühitinin monitorinqi və təkmilləşdirilməsi”, “dürüst satınalmalar”, “Ümumrusiya Xalq Cəbhəsinin yol müfəttişliyi”, “ümumi təmizləmə (qeyri-qanuni poliqonların xəritəsi)”, “sağlamlığın keyfiyyəti və səhiyyə xidmətlərinin əlçatanlığının monitorinqi mərkəzi”, “Ətraf mühit məsələləri və meşə mühafizəsi üzrə monitorinq mərkəzi” daha mühüm layihələrdən hesab edilir; Korrupsiya qarşı mübarizə Fondu - hökumət və bələdiyyə orqanlarında korrupsiya ilə mübarizə məqsədi ilə yaradılan qeyri-kommersiya təşkilatıdır. Hazırda fond "RosZhKH" və "RosYama" (həyətyanı yolların pozulması, yaşayış evlərinin girişində zibilxanalara qarşı mübarizə), "RosPil" (büdcə vəsaitlərinin xərclənməsi qanunsuz sxemləri açıqlanması) layihələrini həyata keçrir. Bütün bunlarla yanaşı Rusiyada dövlət satınalmalarına (dövlət və bələdiyyə orqanlarının dövlət satınalmaları) ictimai nəzarəti artırmaq üçün xüsusi internet portal yaradılıb (http://zakupki.gov.ru ). Bu internet portal federal və bələdiyyə büdcəsindən xərclənən vəsaitlərə nəzarət imkanı yaradır. 4.2 Qazaxıstan təcrübəsi Dövlət və yerli özünüidarəetmə orqanlarına ictimai nəzarət mexanizmini gücləndirmək və inkişaf elətdirmək istiqamətində qlobal trend Qazaöıstan üçün də keçərlidir. Bu ölkədə yerli özünüidarəetmə orqanlarına ictimai nəzarəti gücləndirmək üçün müəyyən hüquqi təminat yaradılıb. Bu yolla Qazaxıstan dövlət orqanlarının daha açıq və şəffaf fəaliyyətini təmin etməyə səy göstərir. Ictimai nəzarətin işləmə mexanizmlərini anlamaq üçün ilk öncə Qazaxıstanın inzibati quruluşuna nəzər yetrimək gərəkir. Qazaxısyan Respublikası 14 region, 87 şəhər (iki dövlət əhəmiyyətli Astana və Almatını, 38 oblast əhəmiyyəli şəhər, 47 regional əhəmiyyətli şəhəri nəzərə almaqla), 177 qəsəbə (17-si şəhərlərdə olmaqla; 8- i Almata,4-ü Şimkentdə, və 2-si Karakandada), 30 yaşayış məntəqəsi və 6668 kənddən ibarətdir. Ölkədə, 26 kənd idarəsi (hər birində 19 kənd cəmləşməklə), 2295 qəsəbə idarəsi, və 76 rayon idarəsi fəaliyyət göstərir27 . Qazaxıstan Respublikasının "İctimai nəzarət haqqında" Qanununa əsasən ictimai nəzarət obyektləri aşağıdakılardır: - dövlət orqanları; - yerli özünüidarəetmə orqanları; 27 Statistical Committee of the Ministry of Economy of the Republic of Kazakhstan, Administrative - territorial units of the Republic of Kazakhstan at the beginning of 2017. http://www.defacto.kz/content/administrativno-territorialnoe-ustroistvo-respubliki-kazakhstan - səhiyyə, təhsil və s.; - özəl mülkiyyət: fiziki və hüquqi şəxslər; - büdcədən maliyyələşən layihələrin iştirakçıları. Dövlət mülki hüquqlara, şəffaflığa və pulsuz ictimai nəzarətə, qanunlar çərçivəsində ictimai nəzarətin həyata keçirilməsinə zəmanət verir28 Qazaxıstanda yerli özünüidarəetmə orqanlarının rəhbərləri akimlər adlandırılır. Akimların fəaliyyətini tənzimləmək üçün ayrıca ictimai palata yaradılıb. İctimai Palatanın və "Qazaxıstan Respublikasında ictimai nəzarət haqqında" qanunu dövlət, qeyri-kommersiya və qeyri-hökumət təşkilatları, korrupsiya və monopoliya ilə mübarizə aparmaq üçün ictimai şuralara hökumətin və ya regional layihələrin mandatını yerinə yetirməkdə maliyyə məsələləri üzrə akimlərdən şəffaflığı tələb etmə hüququ verir. Qazaxıstanda ictimai nəzarətdə yeni tendensiyalardan biri də bələdiyyələrin fəaliyyətini yaxından təqib edən, onların işində olan çatışmazlıqlarına diqqət yetirən və bələdiyyə orqanlarının fəaliyyətində şəffaflıq və əlçatanlığı tələb edən blogerlərin ittifaqının yaradılmasıdır. Həmçinin, Qazaxıstan hökuməti dövlət satınalmalarının vahid reyestrini yaratmışdır. Bu reyestr dövlət orqanları və bələdiyyə orqanlarının dövlət büdcəsinin vəsaitlərinin təyinatı üzrə xərcləməsi prosesinə monitorinq imkanı yaradır. Buna baxmayaraq ”Qazaxıstanda ictimai nəzarət haqqında” qanunda bir sıra ziddiyyətlər də vardır. Dövlət müəsissələri və bələdiyyələrlə əməkdaşlıq edən müəsissələrə də ictimai nəzarət şamil edilməlidir. Bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən aparılan yoxlama və nəzarət tədbirləri müəsissələrin fəlaiyyətinə bir maneə kimi çıxış etməməlidir. 4.3 Şotlandiya təcrübəsi Şotlandiyada yerli özünüidarəetmə orqanları bir sıra ictimai xidmətlərin təmin olunmasından məsuliyyət daşıyan 32 yerli orqandan ibarətdir. Bu yerli orqanlar şura (council) tərəfindən idarə olunur. Şura xalq tərəfindən seçilən 3 nəfər şura üzvündən ibarətdir. Ölkə daxilində ümumi olaraq 1227 şura üzvü var və onlar hər 4 ildən bir yenidən seçilir. İndiki yerli özünü idarəetmə orqanlarının strukturu qanunvericilik bazası 1994-cü ildə qəbul edilmiş yerli özünü idarə etmə orqanlarının aktı olan 1996- cı il yenidənqurmasının nəticəsidir. 29 Şotlandiya qanunvericiliyində yerli özünü idarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətə mühüm önəm verilir. 28 LAW OF THE REPUBLIC OF KAZAKHSTAN, On Public Control in the Republic of Kazakhstan http://www.kazenergy.com/images/stories/Pravovaia_baza/NPA_new/19_09_2013/zakon_obschestve nnyi_kontrol.pdf 29 http://www.gov.scot/Topics/Government/local-government/localg Qanunvericilikdə bununla bağlı 1985-ci ildə qəbul edilmiş yerli özünü idarə etmə orqanları ( informasiyaya əlçatarlılığı) aktı mövcuddur. Bu akta əsasən 30 ; • Yerli özünü idarə etmə orqanlarının görüşləri əgər görüşdə məxfi informasiya müzakirə olunmursa ictimaiyyətə açıq olmalıdır. • Görüşün vaxtı üç gün əvvəldən ictimaiyyətə bildirilməlidir. • Yerli özünü idarəetmə orqanlarının toplantısı üçün gündəliyin surətləri və iclasın istənilən hesabatının nüsxələri yerli özünü idarəetmə orqanlarında ictimaiyyətin üzvləri tərəfindən yoxlanılmağa açıq olmalıdır. • Görüşdən sonra 6 il ərzində bəzi sənədlər yerli özünü idarəetmə orqanlarında ictimaiyyətin üzvləri tərəfindən yoxlanılmağa açıq olmalıdır. Bu sənədlərə görüşün protokolunun surəti, xülasəsi, görüş üçün olan gündəliyin nüsxəsi və görüşdə iştirakçılara verilən hesabatların hər biri daxildir. Onu da qeyd etmək lazımdır ki, Şotlandiyada yerli özünü idarəetmə orqanlarının hər birinin veb saytı mövcuddur. Veb saytlarının əlçatarlığına görə Şotlandiyanın yerli özünü idarəetmə orqanları SOCITM tərəfindən dünyada ən yaxşısı seçilmişdir.31 4.4 Yaponiya təcrübəsi Yaponiyada yerli özünüidarəetmə orqanlarinin planlaşdırılma tarixi hələ 1888- ci ildə başlamışdır. İlk olaraq vacib 2 plan, yeni Tokyo şəhəri və “WARD” inkşaf teşkilati planları 1888-ci ildə ortaya çıxıb32 . Sonraki dövrlərdə isə dünya müharibələri və zəlzələrlə dağılmış ölkə əraziləri bir çox qanunlar və reformlarla tətbiq edilən yeni ərazi vahidləri planlaşdırma həmçinin bunların idarəetmə mexanizimləri ilə tənzimlənməyə başladı. 1968-ci ildə tam islahat həyata keçirilmişdir. Milli Torpaq planlanlaşdırılmasının vacib elementi va davamı olaraq yerli idarəetmə orqanları və bələdiyyələrə diqqət ayrılmağa başlandı. Bu kontekstdə “Birləşmə Təşviq Qanunu” və “Yeni Bələdiyyələrin Yaradılmasına Təqdimat” qanunu 1950-ci illerdə qəbul edildi.33 Ardınca qanunvericilikdə yerli özünüidarəetmə orqanlarıyla bağlı bir çox məsələlər həll edildi. Ehatəli plan və qanunların yenidən qurma xüsusiyyəti 1970-ci illərə qədər 30 https://www.nrscotland.gov.uk/record-keeping/legislation/primary-legislation-relating-to-localgovernment-records/local-government-access-to-information-act-1985/access-to-meetings-anddocuments-of-certain-authorities-committees-and-sub-committees 31 https://www.holyrood.com/articles/news/scottish-councils-come-out-top-most-accessible-localauthority-websites 32 The history of local government planning administration in Japan, səh 8 http://www.clair.or.jp/j/forum/honyaku/hikaku/pdf/BunyabetsuNo15en.pdf 33 The history of local government planning administration in Japan, səh 9 http://www.clair.or.jp/j/forum/honyaku/hikaku/pdf/BunyabetsuNo15en.pdf bələdiyyələrin sayını artırdı. 34 Yaponiyanin yerli özünüidarəetmə orqanlarının uğurun əsas səbəbləri bələdiyyələrin yerli şərait nəzərə alınaraq yaradılması və qanunvericiliyinin buna uyğunlaşdırılması hesab edilir. Yaponiyanin yerli özünüidarə qurumlarının aşağıdakı növləri vardır: 1. Adi yerli ictimai qurumlar 2. İnzibati bölgələr 3. Bələdiyyələr 4. Xüsusi yerli ictimai qurumlar 5. Xüsusi bölgələr 6. Yerli ictimai əməkdaşlıq qurumları 7. Mülkiyyət rayonları 8. Regional inkşaf mərkəzləri35 Bələdiyyələr qanunvericiliyə uyğun olaraq kənd, qəsəbə, bölgə bələdiyyələrinə ayrılır və seçkili idarəetmə qurumlarıdırlar. Yaponiyada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sistemi ilə yanaşı ictimai nəzarət sistemidə kifayət qədər inkişaf edib. Uzunmüddətli yerli özünüidarəetmə tarixinə malik ölkə olaraq burada yerli icmalar bələdiyyələrlə bağlı geniş səlahiyyətlərə malikdirlər. Bu səlahiyyətlər demokratik əsaslarla tənzimlənir. Yaponiya bələdiyyələri hesabatlılıq baxımından deqiq və qərəzsiz olmalı yerli icmalar yaxud əhali tam məlumatlandırılmalıdır. Seçkilər, verilən informasiya yerli əhalini razı salmadıqda yaxud bələdiyyələrin işi ilə bağlı düzgün olmayan faktlar aşkar olduqda yerli əhalinin aşağıdaki hüquqları vardir: Bələdiyyə başçısının köməkçisinin, köməkçi müavininin, seçki komissarının, audit komissarının və ictimai təhlükəsizlik komissarının işdən azad edilməsini tələb etmək -Bələdiyyə başçısından tələb edilir. Bələdiyyə məclisinin ləğvinin tələbi -Seçki idarəsi komissiyasının öhdəliyi: əhalinin 1/3 imza sayi ilə tələblərin qəbul edilməsi və çoxluğun razılığı ilə refendum keçirilməsi. 34 The history of local government planning administration in Japan, səh 9 http://www.clair.or.jp/j/forum/honyaku/hikaku/pdf/BunyabetsuNo15en.pdf 35 Japanese Law and Government/Local Government, Types of local government https://en.wikibooks.org/wiki/Japanese_Law_and_Government/Local_Government Hər hansısa bir məclis üzvünü işdən azad etmək -Seçki idarəsi komissiyasından tələb edilir. Əhalinin 1/3 imza sayi ilə tələb qəbul edilir və tələbin cavabı olaraq, çoxluq olan əhalinin razılığı ilə refendum keçirilməlidir. Bələdiyyə başçısının işdən azad olunmasının tələb edilməsi - Seçki idarəsi komissiyasından tələb edilir. Əhalinin 1/3 imza sayi ilə tələb qəbul edilir. Və tələbin cavabı olaraq, çoxluq olan ehalinin razılığı ilə refendum keçirilməlidir.36 Bu qanunla tənzimlənən hüquqlar, Yaponiyada bələdiyyələr üzərində yerli əhalinin üstünlüyünü təmin edir. Beləliklə hesabatliliq seviyyəsim artır. Bələdiyyələrin fəaliyyətində şəffaflıq və effektivlik təmin edilir. 36 Japanese Law and Government/Local Government, Citizen checks and balances https://en.wikibooks.org/wiki/Japanese_Law_and_Government/Local_Government 5 Nəticə Müstəqilliyinin ilk dövrlərindən demokratik idarəetmənin önəmli institutlarından olan bələdiyyələrin yaradılması Azərbaycan üçün ümdə məsələlərdən biri olmuşdur. Müstəqil və ümumxalq səsverməsi nəticəsində qəbul edilən ölkə konstitusiyasının tərkibində yerli özünü idarəetmə orqanı kimi çıxış edən bələdiyyələrə geniş yer verilməsi bunun bariz nümunəsidir. Sonrakı dövrlərdə “Bələdiyyələrin statusu haqqında” qanunlar toplusunun inkişaf etdirilməsi yönündə addımlar atılmış və bələdiyyələrin fəaliyyətinə maneə kimi çıxış edən bir sıra məsələlərin aradan qaldırılması istiqamətində dövlət tərəfindən müxtəlif mexanizmlər hazırlanmışdır. Məsələn, idarəetmədə korrupsiyanın aradan qaldırılması ilə bağlı qəbul edilən antikorrupsiya tədbirləri yerli özünüidarəetmə strukturu kimi çıxış edən bələdiyyələrə də şamil edilmişdir. Eləcə də “Açıq Hökümətin Təşviqinə dair Milli fəaliyyət Planları”nı da ölkə üzrə idarəetmənin şəffaflaşdırılması baxımından önəmli addım hesab etmək olar. Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin “İctimai iştirakçılıq haqqında” sərəncamı müxtəlif dövlət və qeyri-dövlət strukturlarının fəaliyyətlərinin ictimaiət üçün açıq olmasını, onların hesabatlılığını, məlumat əlçatanlığının inkişaf elətdirilməsi, biləvasitə vətəndaş cəmiyyətinin müxtəlif üzvlərinin idarəetmədə iştirakı baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni çağırışlar fonunda bu sahənin gələcəkdə daha da təkmilləşdirilməsi zərurəti hiss edilməkdədir. Dünya təcrübəsi ictimai iştirakçılığın və nəzarətin demokratiklik, stabillilik, davamlı inkişaf prizmasından əhəmiyyətli olduğunu göstərir. Tədqiqat zamanı təhlil predmeti olaraq müəyyən edilmiş ölkələrin təcrübəsi sübut edir ki, bələdiyyələr üzərində inzibati nəzarətin azaldılması və bələdiyyələrin öz büdcələri hesabına fəaliyyətlərini yerinə yetirməsi və onların fəaliyyətində ictimai nəzarətin təşviq edilməsi demokratiklik və effektiv idarəçilik baxımından olduqca vacibdir. Gücləndirilmiş inzibati nəzarət sonda bələdiyyələri icra orqanlarından asılı hala salır. Halbuki hakimiyyətin bölünmə prinsiplərinin əldə rəhbər tutulması olduqca vacib bir məsələdir. Ölkəmizdə bələdiyyələrin hesabatlılığına dair “Bələdiyyələrin statusu haqqında” qanunlar toplusunda bir sıra məsələlərə aydınlıq gətirilsə də, reallıq göstərir ki, bələdiyyələr bu və ya digər dərəcədə qanunvericiliyin tələblərindən yayınır və fəaliyyətlərini ictimaiyyətlə bölüşməyə maraqlı deyillər. Lakin, qanunların işləkliyinin təmin edlməsi, bələdiyyələrin fəaliyyətində iştirakçılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi mövcud şərtlər daxilində bu qurumların reputasiyasnın yüksəlməsinə və beləliklə də regionlara, icmalara hədəflənən dövlət siyasətinin daha effektiv icrasına şərait rada bilər. 6 Təkliflər 1. Bələdiyyələrin (miqyasından asılı olmayaraq hər bir bələdiyyə) gəlir və xərclərinin reyestrinin aparıldığı veb saytının yaradılması Aparılan tədqiqatlar zamanı məlum olur ki, ölkədə fəaliyyət göstərən əksər bələdiyyənin rəsmi veb səhifəsi yoxdur. Bələdiyyələr mövcud vəziyyəti maliyyə çatışmazlığı ilə izah edirlər. Bəzi hallarda bu fakt reallığı əks etdirir. Bu problemin aradan qaldırılması və bələdiyyələrin idarəetməsində olan ictimai vəsaitlərə nəzarətin artırılması, həmçinin məlunata çıxış imkanlarının yüksəldilməsi və pərakəndəliyin aradan qaldırılması məqsədi ilə vahid reyestrin aparıldığı veb səhifənin yaradılması mühüm rol yonaya bilər. Hər bir bələdiyyə üzrə hesabatın strukturu aşağıdakılardan ibarət ola bilər: Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri (gəlir və xərclər istiqamətlər üzrə detallı şəkildə əks etdirilmək şərti ilə) Qərar və aktların siyahısı (bina və ya torpaq sahələrinin icarəyə verilməsi və yaxud satışı); Qeydə alınan və xitam verilən müqavilələr (tərəflərin hüquq və öhdəlikləri, müqavilənin dəyəri, istifadənin şərtləri və s. əksini tapmaq şərti ilə); Cavabdeh şəxslərin əlaqə nömrələri və digər məlumatları; bank əməliyyatlarını əks etdirən çıxarış (bələdiyyə vəsaitlərinin hərəkətini izləmək üçün); Bələdiyyənin satınalmalar üzrə hesabatın strukturu: Təchizatçının (podratçı, ifaçı) identifikasiyası ilə məşğul olan təşkilat haqqında məlumat; satınalma proseduru haqqında məlumat; Müqavilənin maksimum qiyməti; Smeta haqqında ətraflı məlumat; 2. Subsidiya və hesabatlılıq arasında funksional asılılığın təmin edilməsi: Dövlət büdcəsindən bələdiyyələrə subsidiyalar ayrılarkən qurumların hesabatlılıq səviyyəsinın əsas kriteriya olaraq müəyyən edilə bilər. Şəffaf və hesabatlı bələdiyyələrə büdcə dəstəyinin digərləri ilə müqayisədə fərqləndirilməsi bu sahədə inkişafı stimullaşdıra, ictimai vəsaitlərin korrupsiya predmetinə çevrilməsinin qarşısını ala və ədalətliliyin təmin edilməsi üçün əlverişli mühit formalaşdıra bilər. 3. Audit rəyinın alınması – səmərəliliyin və hesabatlılığın təmin edilməsi məqsədi ilə bələdiyyələr ildə bir dəfə kənar audit rəyi ilə birlikdə maliyyə hesabatlarını ictimailəşdirməklə icma qarşısında nüfuzunu artıra və qurumlara ictimai inamı gücləndirə bilərlər. 4. Azərbaycan Respublikasının Prezidenti yanında ictimai nəzarət orqanın yaradılması Qurum yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilinə məsul olmaqla ildə iki dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə hesab verməlidir. Beləliklə ilkin mənbələrdən məlumatların əldə edilməsini asanlaşa bilər. Təşkilat məsləhət və hesabat xarakterli olmaldır. Təşkilati mexanizmlər: İctimai təşkilatın nümayəndələri səsvermə yolu ilə xalq tərəfindən seçilməlidir. Səsvermə hər 4 ildə bir dəfə və bələdiyyə seçkilərinə parelel keçirilməlidir. Təşkilatada mədəniyyət və incəsənət, tibb, təhsil, kənd təsərrüfatı və mənzil-kommunal sahələri üzrə mütəxəssislər təmsil olunmalıdır. Funksiyaları Təşkilat prezidentin yaninda məşfərətci orqan funksiyasını yerinə yetirməli; Bələdiyyələr tərəfindən icra edilən layihələrin ekspertizasi səlahiyyətinə sahib olmalı; Mütəmadi olaraq sosial və iqtisadi layihələrin, dövlət proqramlarının və prezidentin fərman və sərəncamlarından irəli gələn tələblərin icrası haqqında ölkə prezidentini məlumatlandırmalıdır. 5. Bloqqerlər Assosiasiyasının yaradılması Bloqqer assosiasiyasıyaları öz araşdırma bacarıqları sayəsində yerli özünüidarəetmə orqanlarının fəaliyyəti üzərində ictimai nəzarət buludu formalaşdırmalı, viritual informasiya texnologiyalarının köməyi ilə nöqsanların ictimailəşdirilməsi istiqamətində fəaliyyət göstərməli, problemlərin aktuallaşdırılmasını təmin etməlidirlər. Bloqqer Assosiasiyasıyalarının funksiyaları: İnformasiya əlçatalığının artırılması; Ictimai nəzarət imkanlarının artırılması; Keyfiyyətli ictimai nəzarətin təmin edilməsi; Müstəqil nəzarətin inkişaf etdirilməsi; Mövcud problemlərin operativ və qərəzsiz formada ictimailəşdirilməsi; İctimai nəzarət mexanzimlərinin təkmilləşdirilməsi istiqamətində təşəbbüskarlığın təşkil edilməsi; Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin davamlılığınının təmin edilməsi; Bələdiyyələrin fəaliyyətinin elektronlaşdırılması prosesinin dəstəklənməsi; 6. Şotlandiya təcrübəsində də olduğu kimi yerli özünü idarəetmə orqanlarının görüşləri ictimaiyyətə açıq olmalıdır və yerli özünü idarəetmə orqanlarının toplantısı üçün gündəliyin surətlərini və iclasın istənilən hesabatının nüsxələri yerli özünü idarəetmə orqanlarında ictimaiyyətin üzvləri tərəfindən yoxlanılmağa açıq olmalıdır. Mənbə Mirəli HÜSEYNOV, İctimai nəzarətin təmin edilməsində İctimai Şuraların rolu – ARAŞDIRMA http://www.qht.az/index.php?action=static_detail&static_id=9903 İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu http://www.president.az/articles/10814 Bələdiyyələr haqqında Azərbaycan Respublikasının Qanunları http://files.preslib.az/site/municipal/gl2.pdf Azərbaycan Respublikasının Konstitusiyası http://www.e-qanun.az/framework/897 Xalqqazeti.com(20 Dekabr,2014), Azərbaycanda yerli özünüidarənin formalaşması və seçkilərin bu prosesdə rolu Bələdiyyə seçkiləri qarşısında,Xalq Qəzeti,Bakı Available at: http://www.xalqqazeti.com/az/news/social/52004 Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanun http://www.e-qanun.az/alpidata/framework/data/2/c_f_2053.htm Bələdiyyələrin statusu haqqında qanun http://www.e-qanun.az/framework/4770 Scottish government, about local government in Scotland http://www.gov.scot/Topics/Government/local-government/localg National Records of Scotland, Access to Meetings and Documents of Certain Authorities, Committees and Sub-committees https://www.nrscotland.gov.uk/record-keeping/legislation/primary-legislation-relating-tolocal-government-records/local-government-access-to-information-act-1985/access-tomeetings-and-documents-of-certain-authorities-committees-and-sub-committees Holyrood, Scottish councils come out top the for the most accessible local authority websites, https://www.holyrood.com/articles/news/scottish-councils-come-out-top-most-accessiblelocal-authority-websites MegaBook, Rusya Federasiyasinin aministrativ bolunmesi, http://megabook.ru/article/%D0%90%D0%B4%D0%BC%D0%B8%D0%BD%D0%B8%D1%81 %D1%82%D1%80%D0%B0%D1%82%D0%B8%D0%B2%D0%BD%D0%BE- %D1%82%D0%B5%D1%80%D1%80%D0%B8%D1%82%D0%BE%D1%80%D0%B8%D0%B0%D 0%BB%D1%8C%D0%BD%D0%BE%D0%B5%20%D0%B4%D0%B5%D0%BB%D0%B5%D0%BD %D0%B8%D0%B5%20%D0%A0%D0%BE%D1%81%D1%81%D0%B8%D0%B8 Dovlet organlarin sistemi, Textbooks Studio, https://textbooks.studio/uchebnik-teoriya-politiki/sistema-gosudarstvennyih-organov.html Federal qanun "Dövlət orqanlarının və yerli özünüidarə fəaliyyəti haqqında informasiya əldə təmin edilməsi haqqında" Fevralin 9 2009-cu il № 8-FZ http://www.consultant.ru/document/cons_doc_LAW_84602/ Federal qanun dekabr 25, 2008 "Korrupsiyaya qarşı mübarizə haqqında" 273-FZ http://www.consultant.ru/document/cons_doc_LAW_82959/ Rusya Prezidentnin Fermani 4 mart 2013 http://base.garant.ru/70326884/ Federal qanun "Rusiya Federasiyasının ictimai nəzarətin əsasında" 21 iyul 2014 N 212-FZ http://www.consultant.ru/document/cons_doc_LAW_165809/ LAW OF THE REPUBLIC OF KAZAKHSTAN, On Public Control in the Republic of Kazakhstan http://www.kazenergy.com/images/stories/Pravovaia_baza/NPA_new/19_09_2013/zakon _obschestvennyi_kontrol.pdf The history of local government planning administration in Japan, səh 8 http://www.clair.or.jp/j/forum/honyaku/hikaku/pdf/BunyabetsuNo15en.pdf The history of local government planning administration in Japan, səh 9 http://www.clair.or.jp/j/forum/honyaku/hikaku/pdf/BunyabetsuNo15en.pdf The history of local government planning administration in Japan, səh 9 http://www.clair.or.jp/j/forum/honyaku/hikaku/pdf/BunyabetsuNo15en.pdf Japanese Law and Government/Local Government, Types of local government https://en.wikibooks.org/wiki/Japanese_Law_and_Government/Local_Government Japanese Law and Government/Local Government, Citizen checks and balances https://en.wikibooks.org/wiki/Japanese_Law_and_Government/Local_Government